"Bavariya" Çempionlar Liqasında "Barselona"nı məğlub edib

"Bavariya" Çempionlar Liqasında "Barselona"nı məğlub edib
# 15 sentyabr 2021 01:21 (UTC +04:00)

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Bavariya” səfərdə “Barselona”nı məğlub edib.

APA xəbər verir ki, görüşün 34-cü dəqiqəsində qonaqların yarımmüdafiəçisi Tomas Müller hesabı açıb.

Qeyd edək ki, Müller karyerasında yeddinci dəfə “Barselona”nın qapısına vurub. 56-cı dəqiqədə “Bavariya”nın polşalı hücumçusu Robert Levandovski qonaqların fərqini ikiqat artırıb. Görüşün sonunda isə o, dubla imza atıb.

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsində hər qrupdan iki komanda iştirak edir. Üçüncü yerin qalibi Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizəni davam etdirəcək. Qrupda sonuncu yeri tutan komanda isə bu imkanı əldən verəcək.

Çempionlar Liqası 2021/22

E. qrupu 1 -ci tur

“Barselona” – “Bayern” - 0: 3

Qollar: 0:1 - Müller (34), 0:2 - Levandovski (56), 0:3 - Levandovski (85).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR