“Bavariya”nın futbolçusu koronavirusa yoluxub

Koranten Tolisso

© APA | Koranten Tolisso

# 27 iyul 2021 14:54 (UTC +04:00)

“Bavariya”nın futbolçusu Koranten Tolisso koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Münhen klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Koronavirus testi pozitiv çıxan 26 yaşlı hücumameyilli oyunçu ölkəsi Fransada karantinə alınıb. Komanda dünən təlim-məşq toplanışına başlasa da, Tolisso bir müddət kollektivdən uzaq qalmalı olacaq.

Qeyd edək ki, Koranten Tolisso AVRO-2020-də Fransa millisinin heyətində yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR