“Bazel” - “Qarabağ” matçının hakimləri açıqlanıb

“Bazel” - “Qarabağ” matçının hakimləri açıqlanıb
# 07 dekabr 2021 13:03 (UTC +04:00)

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsində son matçının hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA Azərbaycan təmsilçisinin İsveçrədə “Bazel”lə keçirəcəyi matçı Xorvatiyadan olan hakimlər briqadasına həvalə edib.

Dekabrın 9-da “Sankt-Yabok Park”da baş tutacaq qarşılaşmada Fran Yoviç ədaləti qoruyacaq. Ona Xrovye Radiç və Luka Puşiç kömək edəcək. Bakı vaxtı ilə saat 00:00-da start götürəcək görüşdə 4-cü hakim funksiyasını İvana Martinçiç yerinə yetirəcək.

Qeyd edək ki, son tur öncəsi aktivində 11 xal olan hər iki komanda pley-offa vəsiqəni təmin edib. “Qarabağ” qrupu birinci pillədə tamamlamaq üçün səfərdə qalib gəlməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR