“Beşiktaş” Türkiyə millisinin yarımmüdafiəçisini transfer edib

Salih Uçan

© APA | Salih Uçan

# 17 may 2021 11:00 (UTC +04:00)

Türkiyə çempionu “Beşiktaş” ilk transferini reallaşdırıb.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi “Alanyaspor”un yarımmüdafiəçisi Salih Uçanı heyətinə qatıb.

Alanya klubu ilə müqavilə müddəti başa çatan Türkiyə millisinin üzvü yeni komandasına azad agent kimi keçib. “Beşiktaş”la 3 illik müqaviləni razılaşdıran 27 yaşlı orta sahə oyunçusunun illik məvacibi 740 min avro təşkil edəcək.

Qeyd edək ki, “Bucaspor”un yetirməsi olan Salih Uçan karyerası ərzində “Fənərbaxça”, “Roma” və “Empoli” kimi klubların formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR