“Bordo”nun futbolçusu oyun zamanı huşunu itirib

“Bordo”nun futbolçusu oyun zamanı huşunu itirib
# 16 avqust 2021 13:05 (UTC +04:00)

Fransa Liqa1-in “Bordo” və “Marsel” arasında görüşü xoşagəlməz hadisə ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Bordonun eyniadlı klubunun futbolçusu Samuel Kalu huşunu itirib.

23 yaşlı nigeriyalı hücumçu gözlənilmədən yerə yıxılıb. Bir neçə saniyə sonra ayılan futbolçu həmin epizoddan sonra əvəzlənib.

2018-ci ildə 8,5 milyon avroya transfer olunan Kalu 76 oyunda 9 qol vurub. O, Nigeriya millisində 12 matçda 2 dəfə fərqlənib.

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR