Amerika Kuboku start götürüb.
Apasport.az saytının məlumatına görə, ilk gündə iki oyun keçirilib.
Turnirin təşkilatçısı Braziliya açılış matçında Venesuela ilə üz-üzə gəlib. B qrupunda yer alan “sambaçılar” rəqibini 3 cavabsız qolla üstələyib.
Qrupun digər matçında Kolumbiya Ekvador üzərində 1:0 hesablı qələbə qazanıb.
İyunun 15-də A qrupunda mübarizə start götürəcək. Argentina Çili ilə (01:00), Paraqvay isə Boliviya ilə (04:00) münasibətlərinə aydınlıq gətirəcək.
Amerika Kuboku
Qrup mərhələsi, I tur
B qrupu
Braziliya – Venesuela – 3:0
Markinyoş, 23, neymar, 64 (pen.), Qabriel Barbosa, 89
Kolumbiya – Ekvador – 1:0
Kardona, 42