Bu gün Avropa Liqasında final oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin həlledici qarşılaşması Polşanın Qdansk şəhərində baş tutacaq.
2020/21 mövsümünün qalibi “Vilyarreal”la “Mançester Yunayted” arasında görüşdə bəlli olacaq. İndiyədək heç bir titulu olmayan İspaniya təmsilçisi ilk uğurunu Avropa səhnəsində gerçəkləşdirməyə çalışacaq. 2016/17 mövsümündə Avropa Liqasının qalibi olan Mançester təmsilçisi isə uğurunu təkrarlamaq üçün meydana çıxacaq.
Qdansk stadionundakı matçın baş hakimi fransalı Klemen Turpin olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Avropa Liqası
Final
26 may
23:00. “Vilyarreal” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim: Klemen Turpin (Fransa)
Qdansk. Qdansk stadionu