Bundesliqa klubuna yeni baş məşqçi təyin edilib

Florian Kofeldt

© APA | Florian Kofeldt

# 27 oktyabr 2021 14:15 (UTC +04:00)

“Volfsburq”un yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi Florian Kofeldti bu posta təyin edib.

Klub 39 yaşlı mütəxəssislə 2023-cü ilin yayına qədər müqavilə imzalandığını açıqlayıb. 2017-2021-ci illərdə “Verder”ə rəhbərlik edən Kofeldt “Volfsburq”da Mark van Bommeli əvəz edib.

Qeyd edək ki, “Volfsburq” 9 turdan sonra 13 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR