Canluici Donnarumma PSJ ilə anlaşıb

Canluici Donnarumma PSJ ilə anlaşıb
# 08 iyun 2021 17:33 (UTC +04:00)

İtaliya millisinin və “Milan”ın qapıçısı Canluici Donnarumma karyerasını Fransada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı qolkiper PSJ ilə anlaşıb.

O, Paris təmsilçisi ilə 5 illik müqaviləni razılaşdırıb. Donnarumma 2026-cı ilədək bu klubda oynayacaq.

“Milan”la müqaviləsi iyunun 30-da başa çatacaq qapıçı Fransa klubuna azad agent kimi keçəcək. Donnarumma heç bir komandaya icarəyə verilməyəcək. O, “1 nomrə” olmaq üçün Keylor Navasla rəqabət aparacaq.

Qeyd edək ki, qolkiper ötən mövsüm 48 oyunda 54 qol buraxıb, 15 matçı quru keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR