Canni de Byazi: "O qolları buraxmaya bilərdik"

Canni de Byazi

© APA | Canni de Byazi

# 27 may 2021 23:51 (UTC +04:00)

“Oyun ərzində bir neçə qol şansımız olsa da, bundan yararlana bilmədik”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Türkiyə ilə keçirilən yoldaşlıq görüşü barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis Alanyada baş tutan və komandamızın 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmanı dəyərləndirib.

De Byazi mətbuat konfransında standart vəziyyətdən iki qol buraxmalarını xüsusi vurğulayıb: “Bu da məni çox əsəbiləşdirdi. Məncə, o qolları buraxmaya bilərdik. Ümumilikdə isə komanda pis oyun nümayiş etdirmədi. Futbolçulardan razı qaldım”.

Təcrübəli çalışdırıcı Azərbaycan kubokunun finalından sonra bəzi futbolçular yorğun olduğu üçün fiziki hazırlıqları daha yaxşı olanlara şans verdiyini söyləyib: “Finalda iştirak edən futbolçular bu görüşdə 90 dəqiqə oynamaq iqtidarında deyildilər. Buna görə də bəzilərini sonradan meydana buraxdım. Qarşıdakı Belarus millisi ilə oyun barədə isə indidən fikir bildirmək istəmirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR