Canni de Byazi: "Təkcə azarkeşlər deyil, özümüz də yaxşı oyun görmək istəyirik"

Canni de Byazi: "Təkcə azarkeşlər deyil, özümüz də yaxşı oyun görmək istəyirik"
# 05 iyun 2021 19:05 (UTC +04:00)

“Çox vacib oyuna çıxırıq”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

O, yığmamızın Moldova ilə sabah keçiriləcək yoxlama oyunu ərəfəsində mətbuat konfransında iştirak edib. İtaliyalı mütəxəssis matç barədə fikirlərini açıqlayıb: “Son sınağımızdır. Iki oyun keçirmişik. Sonra bizi sentyabrdakı rəsmi matçlar gözləyir. Çox yaxşı təşkilatlanmış rəqiblə oynayacağıq. Bu komanda Türkiyəyə qarşı yaxşı oynadı. Diqqətli olmalıyıq. Yaxşı nəticə qazanmağa çalışacağıq”.

De Byazi sabahkı matçdan gözləntilərini də açıqlayıb: “Təkcə azarkeşlər deyil, özümüz də yaxşı oyun görmək istəyirik. Ötən görüşün ikinci hissəsində yaxşı oynadıq. 90 dəqiqə meydanda vuruşduq. Moldovanın son matçına baxdım. Yaxşı komandadır. Roberto Bordin əla məşqçidir. Yaxşı kollektiv formalaşdırıb. Türkiyə kimi rəqiblə mübarizə apardı. Biz məşq edib, hazıraşırıq. Belarus, Türkiyə ilə matçda rəqib qapısına zərbələr vurmuşuq. Amma dəqiq olmamışıq”

De Byazi heyət barədə də danışıb: “Eyni oyunçuların bir yerdə oynaması daha yaxşı olar. Amma dəyişikliklər də olacaq. Millinin qapısı hər futbolçuya açıqdır. Komandada milli ruh və təşkilatçılıq olmalıdır”.

Qeyd edək ki, Kişinyovda keçiriləcək Moldova – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR