Canni de Byazi: “Türkiyəyə çətin anlar yaşatmağa çalışacağıq”

Canni de Byazi

© APA | Canni de Byazi

# 26 may 2021 13:11 (UTC +04:00)

“İki qardaş ölkənin yoldaşlıq görüşü üçün burada olduğum üçün xoşbəxtəm”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

Türkiyədə təlim-məşq toplanışında olan yığmamız sabah yoldaşlıq görüşü çərçivəsində yerli komandanın qonağı olacaq.

İtaliyalı mütəxəssis qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb: “Türkiyə yığması Avropa çempionatına yüksələn güclü komandadır. Sabah yaxşı oynamağa, Türkiyəyə çətin anlar yaşatmağa çalışacağıq. Onlara çətinliklər yaratmağımız rəqibin də AVRO-2020-də işinə yaraya bilər”.

- Azərbaycan futbolunun potensialını necə görürsünüz?
- Bu vəzifədə 10 aydır çalışıram. Koronavirus pandemiyası çətinliklərimizi artırdı. Azərbaycan millisi keyfiyyətli komandadır. Beynəlxalq arenalardakı oyunlarla böyüməyə və inkişaf etməyə çalışırıq. Azərbaycanın gələcəkdə daha güclü komanda olacağını düşünürəm.

- AVRO-2020-nin qrup mərhələsində keçiriləcək İtaliya – Türkiyə oyunu barədə nə düşünürsünüz?
- Mançininin gəlişindən sonra İtaliya yığması yaxşı çıxış edir. Türkiyə yığmasının da sükanı arxasında Şenol Günəş kimi təcrübəli mütəxəssis olacaq. Maraqlı oyun olacağını düşünürəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR