Canni de Byazinin Azərbaycan millisindən ayrılacağı vaxt bilinib

Canni de Byazinin Azərbaycan millisindən ayrılacağı vaxt bilinib
# 04 sentyabr 2021 10:02 (UTC +04:00)

Canni de Byazi DÇ-2022-nin seçmə mərhələ oyunlarından sonra Azərbaycan millisini tərk edəcək.

Apasport.az saytının məlumatına görə, bu barədə iddianı İrlandiya mətbuatı ortaya atıb.

Seçmə mərhələ çərçivəsində bu gün üz-üzə gələcəkləri Azərbaycan yığmasını dəyərləndirən irlandlar italiyalı mütəxəssisin bu ilin sonunda yola salınacağını yazıb. Buna səbəb kimi isə de Byazinin Albaniya yığmasından fərqli, Azərbaycan millisində uğursuzluğa düçar olması göstərilib: “İtaliyalı çalışdırıcı Albaniya xalqının ona bəxş etdiyi sevgini Azərbaycanda görmədən oranı tərk edəcək. Çünki artıq səbirləri tükənməkdədir”.

Qeyd edək ki, seçmə mərhələnin ilk 3 oyunundan sonra xal üzünə həsrət qalan millimiz bu gün İrlandiya ilə səfərdə, sentyabrın 7-də isə Portuqaliya ilə evdə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR