“Çelsi” Tomas Tuxellə müqaviləni artırıb

“Çelsi” Tomas Tuxellə müqaviləni artırıb
# 01 iyun 2021 11:44 (UTC +04:00)

“Çelsi”nin baş məşqçisi Tomas Tuxellə müqavilə müddəti uzadılıb.

Apasport.az saytının məlumatına görə, komandanın Çempionlar Liqasının qalibi olması buna yol açıb.

Bu səbəbdən almaniyalı mütəxəssisin sözləşmə müddəti avtomatik olaraq 2024-cü ilin yayına qədər uzadılıb. Baş məşqçi artıq Londonda ev axtarışına başlayıb. Çünki ailəsini Parisdən Londona aparmaq qərarına gəlib.

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasının finalında “Mançester Siti” üzərində 1:0 hesablı qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR