Sankt-Peterburqun “Zenit” klubu Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Londonun “Çelsi” klubuna məğlub olub (0: 1).
APA xəbər verir ki, oyun Londondakı “Stemford Bric” stadionunda baş tutub.
Matçın 69-cu dəqiqəsində hesabı londonluların hücumçusu Romelu Lukaku açıb.
Sesar Aspilikuetadan ötürmə alan belçikalı topu başı ilə Stanislav Kritsyukun qoruduğu tora göndərib.
Çempionlar Liqası 2021/22
H. qrupu 1 -ci tur
"Çelsi" - "Zenit" - 1:0
Qollar: 1:0 - Lukaku (69).