Çempionlar Liqası: “Neftçi” səfərdə Tbilisi “Dinamo”sunu məğlub edib

Çempionlar Liqası:  “Neftçi” səfərdə Tbilisi  “Dinamo”sunu məğlub edib
# 07 iyul 2021 21:53 (UTC +04:00)

Azərbaycan klubları üçün avrokubokların 2021/22 mövsümünə start verilib.

Apasport.az saytının məlumatına görə, qitə səhnəsinə çıxan ilk komandamız “Neftçi” olub.

Bakı klubu Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa çıxıb. Paytaxt təmsilçisi Gürcüstanda Tbilisi “Dinamo”sunun qonağı olub.

İki qonşu ölkənin flaqmanının duelində hesabı Azərbaycan çempionu açıb. Premyer Liqanın bombardiri kimi çempionluqda əvəzsiz pay sahibi olan Namiq Ələsgərov fərqlənib. Lakin ilk yarıdakı bu qoldan sonra müdafiəyə çəkilən “Neftçi” çox keçmədən topu qapısından çıxarıb.

İkinci hissənin əvvəlində Samir Abasovun yetirmələri yenidən hesabda önə keçib. Emin Mahmudovun ilk penalti zərbəsini qapıçı dəf etsə də, qayda pozuntusu səbəbindən kapitan 11 metrlik nöqtəyə təkrar yaxınlaşıb. O, dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb. Bu qol “Neftçi”yə 2:1 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyun
7 iyul
20:00. “Dinamo” (Tblisi, Gürcüstan) – “Neftçi” (Azərbaycan) - 1:2
Qollar:
Zoran Marusiç, 36 - Namik Ələskərov, 23, Emin Mahmudov, 56 (pen.)
Baş hakim: David Fuksman (İsrail)
“Dinamo”: 30. Roin Kvasxvadze, 22. Fabian Mitçel Sporkslede, 39. Saba Xvadaqiani, 15. Giorgi Papava (k), 19. Simon Qbeqnon, 12. Levan Xarabadze, 8. Milan Radin, 6. Bakar Kardava, 21. Giorgi Kutsia, 32. Zoran Marusiç, 9. Giorgi Qabedava
Ehtiyat oyunçular: 13. Omar Migineyşvili, 3. Aleksandre Kalandadze, 5. Davit Kobouri, 17. Tornike Axvlediani, 18. Barnes Osei, 24. Nodari İaşvili, 25. Tomike Morçiladze, 27. Anzor Mekvabişvili, 38. Nodari Kavtaradze
Baş məşqçi: Kaxaber Sxadadze
“Neftçi”: 30. Aqil Məmmədov, 20. Mərt Çelik, 3. Mamadu Mbodj, 6. Voislav Stankoviç, 11. Harramiz Suares, 8. Emin Mahmudov (k), 36. Mamadu Kane, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 7. Namik Ələskərov
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbəzadə, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
Tbilisi. Boris Payçadze “Dinamo Arena”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR