Çempionlar Liqasına bilet satışı başlayıb

Çempionlar Liqasına bilet satışı başlayıb
# 25 may 2021 14:24 (UTC +04:00)

UEFA Çempionlar Liqasının finalı üçün azarkeş tutumunu təsdiqləyib.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu həlledici qarşılaşmanın yerli ictimaiyyət üçün bilet satışına start verib.

Portonun “Draqao” stadionunda “Mançester Siti” ilə “Çelsi” arasında baş tutacaq görüşə məhdud sayda tamaşaçı buraxılacaq. Finalçı iştirakçıların hər birinin azarkeşlərinə 6000 bilet ayrılıbsa, tribunalarda ümumilikdə 16 min 500 tamaşaçı qarşılaşmanı canlı izləyə biləcək.

Qeyd edək ki, “Mançester Siti” – “Çelsi” oyunu mayın 29-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR