Çempionlar Liqasında ən yaxşı adına namizədlər açıqlanıb

Çempionlar Liqasında ən yaxşı adına namizədlər açıqlanıb
# 13 avqust 2021 14:27 (UTC +04:00)

Çempionlar Liqasında ötən mövsümün mövqelər üzrə ən yaxşısı adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA hər mövqedə üç futbolçunu müəyyənləşdirib.

Dünya futbolunun iki ən böyük əfsanəsi Lionel Messi və Kriştiano Ronaldo bu dəfə siyahıdan kənar qalıb.

Qapıçılar: Tibo Kurtua (Real), Ederson (Mançester Siti), Eduard Mendi (Çelsi)

Müdafiəçilər: Sesar Aspilikueta (Çelsi), Ruben Diaş (Mançester Siti), Antonio Rudiger (Çelsi)

Yarımmüdafiəçilər: Kevin de Breyne (Mançester Siti), Jorjinyo (Çelsi), Nqolo Kante (Çelsi)

Hücumçular: Erlinq Haland (Borussiya D), Robert Levandovski (Bavariya), Killian Mbappe (PSJ)

Qeyd edək ki, ən yaxşıların adı avqustun 26-da qrup mərhələsinin püşkatmasında açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR