Çempionlar Liqasında mövsümün ilk püşkü atılıb

Çempionlar Liqasında mövsümün ilk püşkü atılıb
# 08 iyun 2021 14:28 (UTC +04:00)

Çempionlar Liqasında (ÇL) 2021/22 mövsümünün ilk püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə ilkin təsnifat mərhələsinin yarımfinal cütləri müəyyənləşib.

Yarımfinalın oyunları iyunun 22-də, final matçı isə 25-də təşkil baş tutacaq. Bütün qarşılaşmalar Farer adalarında keçiriləcək və bir oyundan ibarət olacaq.

Finalda qələbə qazanan klub ÇL-in I təsnifat mərhələsinə vəsiqə əldə edəcək. Həmin mərhələnin ilk görüşləri iyulun 6-7-də, cavab matçları isə 13-14-də olacaq. Digər 3 komanda isə mübarizəni Konfrans Liqasının II təsnifat mərhələsindən davam etdirəcək.

Çempionlar Liqası
İlkin təsnifat mərhələsi, yarımfinal
22 iyun

“Folqor” (San-Marino) – “Priştina” (Kosovo)
“HB Torshavn” (Farer adaları) – “İnter” (Andorra)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR