Çempionlar Liqasında "Neftçi"nin mümkün rəqibi müəyyənləşib

Çempionlar Liqasında "Neftçi"nin mümkün rəqibi müəyyənləşib
# 19 iyul 2021 14:09 (UTC +04:00)

Çempionlar Liqasının III təsnifat mərhələsində Çempionlar yolunun püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Neftçi”nin mümkün rəqibi müəyyənləşib.

II təsnifat mərhələsində Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq Samir Abasovun yetirmələri turu adlasa, “Mura” (Sloveniya) – “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə görüşəcək. Bu raundun qarşılaşmaları avqustun 3-4-də və 10-da baş tutacaq. “Olimpiakos” – “Neftçi” cütünün qalibi ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, Azərbaycan və Yunanıstan çempionları arasında ilk qarşılaşma iyulun 21-də Pireydə, cavab görüşü iyulun 28-də Bakıda təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR