Çingiz Hüseynzadə: “Oyunların necə keçiriləcəyi ilə bağlı bəzi məsələlər hələ də qaranlıq qalır”

Çingiz Hüseynzadə: “Oyunların necə keçiriləcəyi ilə bağlı bəzi məsələlər hələ də qaranlıq qalır”
# 25 iyun 2021 11:11 (UTC +04:00)

“Olimpiya Oyunlarına hazırlıq prosesini başa vururq”.

Apasport.az saytı xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr olunan tədbirdə bildirib ki, budəfəki Olimpiada əvvəlkilərdən fərqlənəcək: “Çünki problemlər var. Oyunların necə keçiriləcəyi ilə bağlı bəzi məsələlər hələ də qaranlıq qalır. Əsas məsələ dopinqlə bağlıdır. Eyni zamanda koronavirusa yoluxma problemi var. Pandemiya dönəminin də öz tələbləri var”.

O, federasiyalara lazımi məlumatlar veriləcəyini söyləyib: “Elə etməliyik ki, sabah başımız ağrımasın, federasiyalar deməsin ki, bizə məlumat verilməyib.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR