David Luiz karyerasını Türkiyədə davam etdirəcək

David Luiz karyerasını Türkiyədə davam etdirəcək
# 11 avqust 2021 16:07 (UTC +04:00)

“Arsenal”la yollarını ayıraraq azad agent statusuna yiyələnən David Luiz karyerasını Türkiyədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, bunu “Benfika”nın baş məşqçisi Jorje Xesus deyib.

Braziliya millisinin üzvünün komandaya qayıtmaq ehtimalını dəyərləndirən çalışdırıcı 34 yaşlı mərkəz müdafiəçisinin Türkiyə yollanacağını söyləyib: “Luiz komandamıza qayıtmayacaq. Çünki onun Türkiyəyə yollanacağını eşitmişəm. Mən də, azarkeşlər də Davidi çox sevirik. Ancaq bundan sonra “Benfika”da oynayacağını düşünmürəm”.

Qeyd edək ki, David Luizin Super Liqa təmsilçisi “Adana Dəmirspor”la müqavilə imzalaması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR