DÇ-2022: Azərbaycan millisi Lüksemburqla qarşılaşacaq

Azərbaycan millisi

© APA | Azərbaycan millisi

# 01 sentyabr 2021 00:57 (UTC +04:00)

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlara start veriləcək.

Apasport.az saytının məlumatına görə, 9 gün ərzində üç turun matçları baş tutacaq.

A qrupunda yer alan Azərbaycan yığması da növbəti sınağına çıxacaq. İlk iki turda xal qazana bilməyən Canni de Byazinin yetirmələri üçüncü matçını səfərdə keçirəcək.

Futbolçularımız Lüksemburqun qonağı olacaq. Komandamız “cırtdan”larla görüşdə ilk xal üçün mübarizə aparacaq. Qrupda son pillədə qərarlaşan yığmamız İrlandiya və Portuqaliya ilə çətin qarşılaşmalar ərəfəsində Lüksemburqda ilk uğurunu rəsmiləşdirməlidir.

Qeyd edək ki, millimiz bunadək Portuqaliyaya 0:1, Serbiyaya 1:2 hesabı ilə uduzub.

DÇ-2022-nin seçmə mərhələsi
IV tur, A qrupu
1 sentyabr
22:45. Lüksemburq – Azərbaycan
Baş hakim:
İrfan Peljto (Bosniya və Herseqovina)
Lüksemburq. “Stad Lüksemburq”

1

Portuqaliya

3

2

1

0

6-3

7

2

Serbiya

3

2

1

0

7-5

7

3

Lüksemburq

2

1

0

1

2-3

3

4

İrlandiya

2

0

0

2

2-4

0

5

Azərbaycan

2

0

0

2

1-3

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR