“Dinamo”nun baş məşqçisi: “4 topdan üçünü sanki öz qapımızdan keçirmişik”

“Dinamo”nun baş məşqçisi: “4 topdan üçünü sanki öz qapımızdan keçirmişik”
# 14 iyul 2021 23:05 (UTC +04:00)

“Neftçi” ilk oyunla müqayisədə bu gün daha yaxşı oyun göstərdi. Amma biz 4 topdan üçünü sanki öz qapımızdan keçirmişik”.

Apasport.az saytının məlumatına görə, bunu Tbilisi “Dinamo”sunun baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə keçirilən oyundan sonra deyib.

Tbilisidə olduğu kimi, Bakıda da meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edən Gürcüstan çempionu mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Sxadadze oyunsonrası mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Bu nəticələr bizim buraxdığımız səhvlər nəticəsində oldu. Mən isə belə səhvləri bağışlamıram”.

- Daxili birincilikdən fərqli avrokuboklarda uğur qazana bilmirsiniz. Bunu nə ilə izah edə bilərsiniz?
- Burada hər kəsin günahı var. Konkret kimisə günahlandırmaq olmaz.

- “Neftçi”nin gücünü o qədər də yüksək qiymətləndirmədiniz. Bu komandanın növbəti mərhələdə “Olimpiakos” önündə şanslarını necə dəyərləndirirsiz?
- 4 qoldan 3-nü öz qapımızdan vurduq deyəndə öz səhvlərimizi nəzərdə tuturdum. “Neftçi”ni, onun prezidentini çox gözəl tanıyıram. Bizim dostluq münasibətimiz var. Bu komandanın növbəti mərhələdəki çıxışı barədə danışmaq istəməzdim.

- Nələr olsaydı, mərhələni keçən tərəf siz olardınız?
- Heç bir komandaya yaraşmayan bu qədər ciddi səhvlər etdik. Hər iki görüşdə penaltidən qol buraxdıq.

- Samir Abasov vaxtilə sizin futbolçunuz olub. Keçmiş yetirmənizə hər iki görüşdə məğlub olmaq necə hissdir?
- Futbol komanda oyunudur, boks deyil. Samirlə mən dalaşmamışıq. İki komanda oynadı, bizim komanda uduzdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR