“El Klasiko”ya ağrıkəsicinin köməyi ilə çıxacaq

“El Klasiko”ya ağrıkəsicinin köməyi ilə çıxacaq
# 23 oktyabr 2021 12:39 (UTC +04:00)

“Barselona”nın müdafiəçisi Jordi Alba İspaniya La Liqasının X turunda “Real”la keçiriləcək oyuna yetişmyə ümid edir.

Apasport.az saytının məlumatına görə, İspaniya millisinin üzvü dünənki kollektiv məşqə qatılmasa da, həkimlər onu “El Klasiko”ya yetişdirməyə çalışır.

Ulduz futbolçu Çempionlar Liqasının qrup mərhələsində Kiyev “Dinamo”su ilə matçda sağ topuq nahiyəsindən xəsarət alıb. 32 yaşlı sol cinah müdafiəçisi start heyətində meydana çıxmaq istəyir və bunun üçün klubun həkimləri ağrıkəsicidən istifadə etməyi düşünür.

Qeyd edək ki, sabah “Nou Kamp”da keçiriləcək “Barselona” - “Real” oyunu Bakı vaxtı ilə 18:15-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR