Ən dəyərli klubların siyahısı açıqlanıb

Ən dəyərli klubların siyahısı açıqlanıb
# 26 iyul 2021 15:35 (UTC +04:00)

Futbolçularının transfer qiymətinə görə ən dəyərli klubların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa çempionu “Mançester Siti” bu baxımdan liderdir.

“Şəhərlilər” oyunçularının ümumi dəyəri 1 milyard avrodan çox olan yeganə klubdur. Maraqlıdır ki, ilk “10-luq”da İngiltərənin 6 klubu yer alıb. İspaniya 2, Almaniya və Fransa 1 klubla təmsil olunubsa, İtaliyadan heç bir klub ən dəyərlilər sırasına düşə bilməyib.

Ən dəyərli klublar:
1. “Mançester Siti” (İngiltərə) – 1 milyard 10 milyon avro
2. PSJ (Fransa) – 934 milyon 950 min
3. “Çelsi” (İngiltərə) – 909 milyon
4. “Liverpul” (İngiltərə) – 904 milyon 500 min
5. “Mançester Yunayted” (İngiltərə) – 876 milyon 250 min
6. “Real” (İspaniya) – 863 milyon 500 min
7. “Bavariya” (Almaniya) – 826 milyon 500 min
8. “Barselona” (İspaniya) – 755 milyon
9. “Atletiko” (İspaniya) – 729 milyon 400 min
10. “Tottenhem” (İngiltərə) – 669 milyon

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR