Ermənistan yığması 0:19 hesabı ilə uduzub

Ermənistan yığması 0:19 hesabı ilə uduzub
# 26 noyabr 2021 01:03 (UTC +04:00)

Qadın futbolçular arasında DÇ-2023-ün Avropa zonası üzrə seçmə mərhələsində qeyri-adi nəticə qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, buna Ermənistan yığması səbəb olub.

F qrupunda baş tutan görüşdə Belçika millisi erməniləri meydana çıxmağa peşman edib. “Qırmızı iblislər” bu qarşılaşmada 19 cavabsız qol vurublar.

İlk 10 dəqiqədə 4 dəfə qol sevinci yaşana belçikalılar fasiləyədək 11 dəfə rəqib qapısına yol tapıb. İkinci hissədə daha “rəhmli” olan belçikalılar 8 qol da vuraraq hesabı 19:0 edib.

Qeyd edək ki, 5 oyunun hamısında uduzan ermənistanlılar qol vurmasa da, 36 top buraxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR