Fatih Terimin “Qalatasaray”la müqaviləsi başa çatıb

Fatih Terimin “Qalatasaray”la müqaviləsi başa çatıb
# 01 iyun 2021 09:43 (UTC +04:00)

“Qalatasaray” klubu baş məşqçisiz qalıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə təmsilçisinin çalışdırıcısı Fatih Terimlə müqavilə müddəti bu gün başa çatıb.

Türkiyə mətbuatında “cim-bom”da onun dönəminin rəsmən bitdiyi yazılıb. Baş məşqçi məsələsinə isə prezident seçkilərindən sonra aydınlıq gələcək. Fatih Terimin də qatılacağı seçkilərdə qalib gələcək namizədin onunla yollarını davam etdirib-etdirməyəcəyi məlum deyil. Ancaq əksər namizədlər təcrübəli mütəxəssislə yeni sözləşmə imzalamayacağını açıqlayıb.

Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri iyunun 19-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR