“Fənərbaxça” isveçrəli məşqçiyə təklif göndərib

“Fənərbaxça” isveçrəli məşqçiyə təklif göndərib
# 12 iyun 2021 12:13 (UTC +04:00)

“Fənərbaxça” klubu baş məşqçi axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubunun bu posta ilk namizədi Lusyen Favredir.

Son klubu Dortmund “Borussiya”sı olan 63 yaşlı mütəxəssislə danışıqlara start verilib. “Sarı-lacivərdlilər” isveçrəli çalışdırıcıya 2 illik müqavilə təklif edib. Favre yaxın günlərdə qarşı tərəfə cavabını bildirəcək.

Qeyd edək ki, “Fənərbaxça” ötən mövsüm 82 xalla Super Liqada 3-cü yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR