"Fənərbaxça" öz meydanında darmadağın olub

"Fənərbaxça" öz meydanında darmadağın olub
# 01 oktyabr 2021 01:18 (UTC +04:00)

Avropa Liqasında qrup mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün II tura start verilib.

Türkiyə təmsilçisi “Fənərbaxça” ilk ev oyununa çıxıb. İstanbul klubu öz meydanında Yunanıstan “Olimpiakos”unu qəbul edib.

D qrupundakı matç məhsuldar keçib. “Fənərbaxça”nı meydana çıxmağa peşman edən Pirey təmsilçisi üç cavabsız qolla qalib gəlib - 3:0. Ardıcıl ikinci qələbədən sonra “Olimpiakos” liderliyini möhkəmlədib. Darmadağına üzülən istanbulluların aktivində isə 1 xal var.

Qeyd edək ki, ilk turda Almaniyada “Ayntraxt”la 1:1 hesablı heç-heçə edən “Fənərbaxça” növbəti qarşılaşmasını Belçika təmsilçisi “Antverpen”ə qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR