“Fənərbaxça” Rafael Beniteslə anlaşıb

“Fənərbaxça” Rafael Beniteslə anlaşıb
# 08 iyun 2021 12:39 (UTC +04:00)

“Fənərbaxça”nın yeni baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu Rafael Beniteslə anlaşıb.

İspaniyalı mütəxəssislə “sarı-lacivərdlilər”in prezidenti Ali Koç danışıq aparıb və onun razılığını alıb. Tərəflər 2+1 illik müqavilənin imzalanmasında ortaq məxrəcə gəlib. Keçidin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, “Fənərbaxça”ya ötən mövsümün sonlarında Əmrə Belözoğlu rəhbərlik edib. Rafael Benitesin son klubu ilə Çin təmsilçisi “Dalian” olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR