FİFA “Qalatasaray”ın sabiq futbolçusuna görə "Malaqa"ya transfer qadağası qoyub

FİFA “Qalatasaray”ın sabiq futbolçusuna görə "Malaqa"ya transfer qadağası qoyub
# 07 dekabr 2021 15:35 (UTC +04:00)

İspaniyanın “Malaqa” klubuna FİFA tərəfindən transfer qadağası qoyulub.

Apasport.az saytının məlumatına görə, buna səbəb La Liqa-2 təmsilçisinin türkiyəli qapıçı Cenk Gönenə borcunu ödəməməsidir.

2017/18 mövsümündə “Qalatasaray”dan 200 min avroya transfer edilən “Malaqa” futbolçunun məvacibini vermədiyindən, heyətinə yeni oyunçu cəlb edə bilməyəcək. 33 yaşlı qolkiperin meneceri də məlumatı təsdiqləyib.

Qeyd edək ki, Cenk Gönen hazırda “Kayserispor”un formasını geyinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR