“Turan Tovuz” Futbol Klubunun nəzdində inşa olunmuş Akademiyanın saxlanılması üçün maliyyə mənbəyi tapılıb.
Apasport.az saytının məlumatına görə, bu barədə məlumat AFFA-nın İcraiyyə Komitəsində verilib.
Bildirilib ki, akademiya üçün vəsaiti FİFA ayıracaq. Bunun üçün 1 illik 400 min manat vəsait tələb olunur.
Bununla əlaqədar AFFA tərəfindən FİFA-ya müraciət ünvanlanıb. Layihə FİFA tərəfindən müsbət dəyərləndirilib. Növbəti 3 il ərzində “Turan Tovuz” Futbol Klubunun nəzdindəki akademiya FİFA-nın ayırdığı vəsait hesabına maliyyələşəcək.