Hakan Çalhanoğlu karyerasını Qətərdə davam etdirə bilər

Hakan Çalhanoğlu

© APA | Hakan Çalhanoğlu

# 19 may 2021 17:59 (UTC +04:00)

Türkiyə millisinin və İtaliyanın “Milan” klubunun futbolçusu Hakan Çalhanoğlu karyerasını Asiyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Qətərdən təklif alıb.

“Əl-Duhail” klubu türk futbolçuya 3 illik müqavilə təklif edib. Keçid baş tutsa, Hakan ildə 8 milyon avro qazanacaq. Tərəflər gələn həftə müqavilənin detallarını müzakirə etməlidir.

Qeyd edək ki, futbolçunu saxlamaqda maraqlı olan “Milan” onunla razılıq əldə etməkdə çətinlik çəkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR