Hakimi təhqir edən “Neftçi”nin baş məşqçisi 5 oyunluq diskvalifikasiya olunub

Hakimi təhqir edən “Neftçi”nin baş məşqçisi 5 oyunluq diskvalifikasiya olunub
# 24 may 2021 13:47 (UTC +04:00)

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, toplantıda aşağı yaş qrupu üzrə liqalarda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

Ən diqqətçəkən cəza U-17 kubokunun “Neftçi” – “Sabah” matçına şamil edilib. İkincilərin baş məşqçisi Elman Sultanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə texniki zonadan uzaqlaşdırılmışdı. Millimizin sabiq futbolçusu 5 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Qarşılaşmada ikinci sarı vərəqə ilə meydandan qovulan “Sabah”ın futbolçusu Yelmar Aşurova isə 1 görüşlük cəza kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR