Halk qəzaya düşüb

Halk qəzaya düşüb
# 30 iyun 2021 11:01 (UTC +04:00)

“Atletiko Mineyro”nun hücumçusu Halk Braziliyada xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu qəzaya uğrayıb.

Qəza Belu-Orizonti şəhərində baş verib. 34 yaşlı forvardın idarə etdiyi avtomobil motosikletlə toqquşub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, Halk bu ilin yanvarında keçdiyi “Atletiko Mineyro” ilə 1 illik müqavilə imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR