Harri Keyn İngiltərə millisinin tarixində mütləq rekorda imza atıb

Harri Keyn İngiltərə millisinin tarixində mütləq rekorda imza atıb
# 16 noyabr 2021 09:28 (UTC +04:00)

Harri Keyn İngiltərə millisinin tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, hücumçu bir il ərzində yığmada ən çox qol vuran futbolçu olub.

Keyn San-Marino ilə DÇ-2022-nin seçmə oyunundakı (10:0) pokerlə qol sayını 16-ya çatdırıb. O, Corc Hilsdonun rekordunu arxada qoyub. Sonuncu 1908-ci və 1927-ci illərdə 12 qola imza atıb.

Keyn millidəki ümumi qol sayını 48-ə yüksəldib. Cimmi Qrivzi (44 qol) keçən forvard Harri Linikerə çatıb. Adaşlar milli tarixinin bombardirləri siyahısında 3-cü yeri bölüşürlər. Yalnız iki futbolçu daha çox qol vurub. Ueyn Runi 53, Bobbi Çarlton 49 dəfə fərqlənib.

Harri DÇ-2022-nin seçmə mərhələsindəki qollarının sayını 12-yə çatdırıb. Niderlandlı Memfis Depayı (11 qol) keçən ingiltərəli seçmə mərhələnin Avropa zonasında ən yaxşı bombardirdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR