İFFHS ilin ən yaxşı futbolçusunu açıqlayıb

İFFHS ilin ən yaxşı futbolçusunu açıqlayıb
# 25 noyabr 2021 09:08 (UTC +04:00)

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünyada ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Apasport.az saytının məlumatına görə, “Bavariya”nın hücumçusu Robert Levandovski bu ada layiq görülüb.

Polşa millisinin üzvü ən yaxın izləyicisi Lionel Messini böyük fərqlə üstələyərək, ardıcıl ikinci dəfə ilin futbolçusu seçilib.

İlk “üçlüy”ü isə “Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo qapayıb.

1. Robert Levandovski (Polşa / “Bavariya”) – 150 səs
2. Lionel Messi (Argentina / “Barselona”-PSJ) - 105
3. Jorjinyo (İtaliya / “Çelsi”) - 40
4. Kevin De Bruyne (Belçika / “Mançester Siti”) - 35
5. Məhəmməd Salah (Misir / “Liverpul”) - 20
Kilian Mbappe (Fransa / PSJ) - 20
7. Kriştiano Ronaldo (Portuqaliya / “Mançester Yunayted”) - 15
8. Nqolo Kante (Fransa / “Çelsi”) - 10
Canluici Donnarumma (İtaliya / “Milan”-PSJ) - 10
10. Erlinq Haland (Norveç / “Borussiya”, Dortmund) - 5

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR