İkiqat Olimpiya çempionu vəfat edib

İkiqat Olimpiya çempionu vəfat edib
# 14 sentyabr 2021 15:15 (UTC +04:00)


Əfsanəvi atlet Yuri Sedıx vəfat edib.

Apasport.az saytının məlumatına görə, SSRİ yığmasını çəkic atmada təmsil edən idmançı 66 yaşında ölüb. Sedıx 1976 və 1980-ci illərdə Olimpiya çempionu olub. O, 1988-ci ildə Olimpiadanın gümüşünü qazanıb.

Dünya və üçqat Avropa çempionu 1986-cı ildə tarixi nailiyyətə imza atıb. Onun müəyyənləşdirdiyi dünya rekordu (86,74 m) indiyədək yenilənməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR