İngiltərədə futbolçulara 1000 funt sterlinqə saxta peyvənd sertifikatları təklif olunub

İngiltərədə futbolçulara 1000 funt sterlinqə saxta peyvənd sertifikatları təklif olunub
# 26 oktyabr 2021 12:44 (UTC +04:00)

İngiltərə Premyer Liqasının futbolçularına kütləvi şəkildə saxta koronavirus peyvəndi sertifikatları təklif olunub.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın dörd klubu futbolçulara 1000 funt sterlinqə iki sertifikat almağı təklif edən fırıldaqçıların onlarla əlaqə saxladığını təsdiqləyib.

Hələ peyvənd olunmayan oyunçuların bu təklifi qəbul edib-etmədiyi məlum deyil. Bəzi klubların nümayəndələri bildiriblər ki, onların oyunçuları vəziyyətlə bağlı rəhbərliyi məlumatlandırıb.

Qeyd edək ki, Premyer Liqa ötən həftə oyunçularının 68 faizinin koronavirusa qarşı tam peyvənd olunduğunu və 81 faizinin ən azı bir doza vurdurduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR