“İnter” Çempionlar Liqasında son 9 ildə ilk dəfə qrupdan çıxıb

“İnter” Çempionlar Liqasında son 9 ildə ilk dəfə qrupdan çıxıb
# 25 noyabr 2021 09:37 (UTC +04:00)

İtaliya “İnter”i Çempionlar Liqasındakı 1/8 final həsrətinə son qoyub.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi son 9 ildə ilk dəfə qrupdan çıxıb.

A seriyası təmsilçisi bu hüququ V turda rəsmiləşdirib. “İnter” “Şaxtyor”u 2:0 hesabı ilə məğlub edərək buna nail olub.

Milanlılar sonuncu dəfə belə uğura 2011/12 mövsümündə imza atıb. Qrupdan çıxan “İnter” 1/8 finalda “Marsel”ə uduzub – 0:1, 2:1.

Qeyd edək ki, 10 xalla ikinci yerdə qərarlaşan “İnter” “Real”dan 2 xal geri qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR