“İnter” Simone İnzaqi ilə müqaviləni yeniləyəcək

“İnter” Simone İnzaqi ilə müqaviləni yeniləyəcək
# 06 dekabr 2021 13:40 (UTC +04:00)

“İnter” baş məşqçisi Simone İnzaqi ilə müqaviləni yeniləmək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, buna komandanın nəticələri səbəb olub.

Klub rəhbərliyi mütəxəssisin işindən razı qaldığı üçün anlaşmanı uzatmaqda maraqlıdır. İtaliya klubu müqaviləni daha iki il müddətinə artırmaq istəyir.

İnzaqinin hazırkı anlaşması 2023-cü ilin yayında başa çatacaq. Tərəflər əməkdaşlığın uzadılması barədə razılıq əldə etsələr, mütəxəssis 2025-ci ilin yayına qədər postunda qalacaq. Yeni anlaşmada çalışdırıcının maaşı 6 milyon avro olacaq.

Qeyd edək ki, 37 xala malik “İnter” A seriyasının turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR