İnyesta 37 yaşında rəmzi komandaya düşüb

İnyesta 37 yaşında rəmzi komandaya düşüb
# 06 dekabr 2021 17:22 (UTC +04:00)

İspaniya millisinin sabiq futbolçusu Andres İnyesta Yaponiya çempionatının rəmzi komandasına daxil edilib.

Apasport.az saytının məlumatına görə, “Vissel Kobe”nin 37 yaşlı yarımmüdafiəçisi mövsümün “11-liy”inə layiq görülüb.

İnyesta çempionat ərzində 6 qol və 4 assistlə fərqlənib. Onun komandası mövsümü 3-cü pillədə başa vurub.

Qeyd edək ki, 2018-ci ildə “Vissel Kobe”yə azad agent kimi keçən Andresin müqaviləsi 2024-cü ildə başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR