İrlandiya yığmasını Azərbaycan millisi ilə oyuna çıxaracaq baş məşqçi müəyyənləşib

İrlandiya yığmasını Azərbaycan millisi ilə oyuna çıxaracaq baş məşqçi müəyyənləşib
# 10 sentyabr 2021 10:06 (UTC +04:00)


DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan İrlandiya millisində baş məşqçi ilə bağlı qərar verilib.

Apasport.az saytının məlumatına görə, hazırkı çalışdırıcı Stefen Kenni seçmə mərhələnin sonuna qədər postunda qalacaq.

Bunu İrlandiya Futbol Assosiasiyasının baş icraçı direktoru Conatan Hill açıqlayıb. O bildirib ki, komanda qrupda cəmi 2 xal toplamasına baxmayaraq, çalışdırıcı vəzifəsini icra etməkdə davam edəcək: “Bu məsələ yalnız noyabrda İdarə Heyətinin iclasında müzakirəyə çıxarılacaq”.

Qeyd edək ki, İrlandiya yığması Dublindəki qarşılaşmada millimizlə 1:1 hesablı bərabərə qalıb. Stefen Kenninin kollektivi oktyabrın 9-da Bakıda yığmamızın qonağı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR