İspaniya millisi tarixə düşüb

İspaniya millisi tarixə düşüb
# 28 iyun 2021 22:49 (UTC +04:00)

İspaniya millisi Avropa çempionatları tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, “buğalar” AVRO-2020-nin 1/8 final mərhələsində buna nail olub.

Əsas vaxtı 3:3 hesabı ilə başa çatan Xorvatiya ilə görüşün əlavə olunmuş dəqiqələrində daha 2 dəfə fərqlənən Luis Enrikenin yetirmələri 5:3 hesablı qələbə qazanıb. Qrup mərhələsinin son turunda da Slovakiyanı 5:0 hesabı ilə üstələyən İspaniya yığması qitə birincilikləri tarixində ardıcıl iki görüşdə 5 qol vuran ilk komanda olub.

Bununla yanaşı, ispanlar Xorvatiyaya qarşı son üç ildə keçirdiyi 3 qarşılaşmada rəqibi 13 dəfə məyus etməyi bacarıb. Millətlər Liqasında bu komandalar arasında baş tutan ilk görüşdə İspaniya 6:0, cavab matçında isə Xorvatiya 3:2 hesabı ilə qalib gəlib.

Həmçinin “buğalar” AVRO-2012-dən bəri ilk dəfə böyük turnirdə 1/4 finala qədər irəliləməyi bacarıb. Həmin vaxt komanda qitə çempionu olub. İspaniya millisi DÇ-2014-də qrupda qalıb, AVRO-2016-da və DÇ-2018-də isə 1/8 final mərhələsində mübarizəni dayandırıb.

Qeyd edək ki, İspaniya millisinin 1/4 final mərhələsindəki rəqibi Fransa – İsveçrə cütünün qalibi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR