Bu gün UEFA Millətlər Liqasının “Dördlər finalı”nın bürünc mükafatçısı müəyyənləşib.
APA-nın məlumatına görə, İtaliya millisi matçın 46-cı dəqiqəsində hesabı açıb, Nikolo Barella fərqlənib.
Oyunun 65-ci dəqiqəsində baş hakim Belçika seçməsinin qapısına penalti zərbəsi təyin edib və Domeniko Berardi ikinci topu qapıdan keçirib. Qarşılaşmanın başa çatmasına üç dəqiqə (87-ci dəqiqə) qalmış Belçika yığmasında oyuna yenicə daxil olmuş Kevin de Brüynenin ötürməsindən sonra Şarl de Ketelare hesab arasındakı fərqi azaldıb.
Beləliklə, İtaliya və Belçika komandaları arasındakı üçüncü yer uğrunda qarşılaşmada italyanlar 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnirin həlledici görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Həmin görüşdə İspaniya və Fransa yığmaları üz-üzə gələcək.
İtaliya UEFA Millətlər Liqasının bürünc mükafatçısı olub
10 oktyabr 2021 19:23 (UTC +04:00)
Futbol
Rusiya futbol millisinin Serbiya ilə oyununu türkiyəli hakimlər idarə edəcək
15:31
19 mart 2024
Azərbaycan millisinin oyunlarının hakimləri açıqlanıb
15:58
18 mart 2024
“Trabzonspor”la “Fənərbaxça” arasında matçdan sonra 12 nəfər saxlanılıb
12:09
18 mart 2024
Türkiyə DİN "Trabzonspor"-"Fənərbaxça" oyunundan sonra baş verən dava ilə bağlı araşdırma aparır - YENİLƏNİB
00:57
18 mart 2024