“Keşlə”nin futbolçusu Moldova millisinə dəvət alıb

“Keşlə”nin futbolçusu Moldova millisinə dəvət alıb
# 23 sentyabr 2021 13:42 (UTC +04:00)


Moldova millisinin baş məşqçisi Roberto Bordin DÇ-2022-nin seçmə mərhələsində oktyabrda keçirəcəkləri oyunların ilkin iştirak ərizəsini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 25 nəfərlik siyahıda Azərbaycan Premyer Liqasında çıxış edən oyunçu da var.

Bu, “Keşlə”nin qapıçısı Stanislav Namaşkodur. Təcrübəli qolkiper Danimarka və İsraillə matçlarda baş məşqçinin sərəncamında olacaq. Ümumilikdə Moldova millisinə dəvət edilən oyunçulardan 16-sı ölkə xaricində çıxış edir.

Qeyd edək ki, Belarus oktyabrın 9-da Danimarkanı qəbul edəcək, üç gün sonra isə İsrailin qonağı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR