“Keşlə”nin futbolçusunun apelyasiya şikayəti təmin edilməyib

“Keşlə”nin futbolçusunun apelyasiya şikayəti təmin edilməyib
# 01 sentyabr 2021 14:51 (UTC +04:00)

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, yığıncaqda “Keşlə”nin müraciətinə baxılıb.

Tribunal apelyasiya şikayəti təmin etməyib. Bununla da AFFA İntizam Komitəsinin “Keşlə” və oyunçusu Şəhriyar Əliyev barədə verdiyi qərar qüvvədə saxlanılıb. Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.

Qeyd edək ki, AFFA II turun “Qəbələ” ilə matçında (1:2) birbaşa qırmızı vərəqə alan futbolçunu 4 oyunluq diskvalifikasiya edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR