Keysuke Honda “Neftçi”dən getməsinin səbəbini açıqlayıb

Keysuke Honda

© APA | Keysuke Honda

# 24 sentyabr 2021 17:09 (UTC +04:00)

“Neftçi” ilə müqaviləm bitəndən sonra klub rəhbərliyindən yeni saziş təklifi aldım”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin sabiq futbolçusu Keysuke Honda Litva mətbuatına müsahibəsində deyib.

Bu ilin martında keçdiyi “Neftçi” ilə 3 ay ərzində Azərbaycan çempionluğunu qazanan yaponiyalı ulduz futbolçu bu günlərdə “Suduva” ilə anlaşıb. Honda “Neftçi”də qalmamasının səbəbini bu cür izah edib: “Həmin vaxt təklif aldığım tək klub “Neftçi” deyildi. Sadəcə, mən daim yeniliklər axtarışında oluram. Çempionlar Liqasında oynayacaqlarını bilirdim, amma mən beləyəm”.

Qeyd edək ki, Keysuke Honda Premyer Liqada keçirdiyi 7 oyunda 2 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR