Killian Mbappe “Real”da 5 nömrəli formanı geyinəcək

Killian Mbappe “Real”da 5 nömrəli formanı geyinəcək
# 27 avqust 2021 13:52 (UTC +04:00)

İspaniyanın “Real” klubunun Killian Mbappe ilə bağlı planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, Fransa yığmasının və PSJ-nin ulduz hücumçusunu heyətinə qatmaq üçün danışıqlar aparan Madrid təmsilçisi təqdimat mərasiminə hazırlaşır.

Mbappe sentyabrın 10-da təqdim olunacaq. Tədbir “Santyaqo Benabeu”da keçiriləcək.

“Real” rəhbərliyi Killianın daşıyacağı nömrəni də müəyyənləşdirib. Fransalının həmyerlisi Zinəddin Zidanın vaxtilə “Kral klubu”nda daşıdığı 5 nömrəli formanı geyinməsi planlaşdırılır.

Lakin bunun üçün Xesus Valyexo daşıdığı formanı güzəştə getməlidir. Bu baş verməsə, Mbappe boş olan 19 və 23 arasında seçim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR